AZ

8 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 27-də və 28-də ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 121 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 533 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,4 kiloqrama yaxın heroin, 1,2 kiloqrama yaxın marixuana, 5 kiloqram tiryək, 600 qram həşişdən ibarət olub.

Bu istiqamətdə mübarizə davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
3
xalqqazeti.az

10Mənbələr