AZ

Tiflisdə etirazlar: Şəhərə xüsusi təyinatlılar yeridildi - VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının qarşısında etiraz aksiyası keçirilir.

Turkustan.az xəbər verir ki, “Xarici agentlər haqqında” qanunun əleyhdarları Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.

Əraziyə çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb edilib. Təhlükəsizlik qüvvələri deputatların parlamentdən çıxışını təmin etməyə çalışır.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna qoyduğu vetonu 84 səslə ləğv edib.

/axar.az/

Seçilən
147
43
turkustan.az

10Mənbələr