AZ

Gədəbəydə 12 otaqlı evdə yanğın olub

Gədəbəy şəhərində ümumi sahəsi 700 m² olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Oxu24.com xəbər verir ki, yüksək temperaturdan 1 otağın və dəhlizin tavanı 170 m² sahədə qarsalanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
168
12
oxu24.com

10Mənbələr