AZ

Xocalının ilk marketi “OBA” oldu – FOTOLAR

Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi Laçın və Xocalıda filiallarını sakinlərin istifadəsinə verdi.

FED.az xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə fəaliyyətə başlayan “Xocalı 1” filialı Xocalıda ilk market, “Laçın 1” filialı isə “OBA”nın Laçındakı ilk marketi oldu.

Həmçinin “OBA Xocalı 1” filialında təbiətin qorunması məqsədilə bərpa edilən enerji mənbəyi kimi günəş panellərindən istifadə ediləcək. Bununla da “OBA” elektrik enerjisinin alınmasına sərf edilən resursların istifadəsində qənaət əldə edəcək, nəticədə “OBA Xocalı 1” marketi yaşıl iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

“OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova Müstəqillik Günündə, işğaldan azad edilmiş torpaqlarda olmağın qürur və sevincini media ilə bölüşüb: “OBA” marketlər şəbəkəsi xalqın yaxın, qənaətli qonşu marketi olaraq yurdun 4 bir yanında, ən əsası isə bu gün düşmən işğalından azad olmuş torpaqlarda xidmət göstərməkdən və yerli istehsalçıların məhsullarını xalqımız üçün əlçatan etməkdən qürur duyur”.

Qeyd edək ki, əhalinin ərzaq və gündəlik tələbat məhsullarına olan ehtiyacını qarşılamaq üçün istifadəyə verilən "OBA” market filialları bundan sonra daimi şəkildə Laçın və Xocalıda fəaliyyətdə olacaq. 

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi 8000-dən çox əməkdaşı ilə yurdumuzun hər obasında xalqımıza xidmət edir.

XocalınınXocalınınXocalınınXocalınınXocalınınXocalının
Seçilən
119
25
fed.az

10Mənbələr