AZ

“Google”-ın süni intellekti Obamanı “ABŞ-nin ilk müsəlman prezidenti” adlandırdı...-GÜLÜNC 

“Google” rəhbərləri müsəlmanın ABŞ prezidenti olması ilə bağlı insidentdən sonra süni intellekt  tərəfindən yaradılan axtarış nəticələrinin xülasəsini yaxşılaşdırmaq üçün “tez hərəkətə keçdiklərini” söyləyiblər.
 
Moderator.az xəbər verir ki, bu haqda “IslamNews” “Jakarta Post”a istinadla məlumat yayıb.
 
Bildirilir ki, “Google” istifadəçiləri süni intellektin Barak Obamanın ABŞ-nin ilk müsəlman prezidenti olması ilə bağlı yalan iddiasını ələ salıblar.
 
Üstəlik, axtarış xidmətinin istifadəçiləri sosial şəbəkələrdə insanların daş yeməli, yoxsa günəşə baxmalı olduğuna, ABŞ-də neçə müsəlman prezidentinin olduğu və s. kimi, suallara süni intellektin gülünc cavablarının skrinşotlarını paylaşıblar. 
 
"Biz məzmunun idarə edilməsi siyasətimizin bir hissəsi kimi lazımi hallarda tez tədbirlər görürük və bu nümunələrdən sistemlərimizdə daha geniş təkmilləşdirmələr hazırlamaq üçün istifadə edirik, bəziləri artıq tətbiq olunmağa başlamışdır", -“Google” sözçüsü belə deyib.
 
S.Laçın
 

 

Seçilən
146
50
moderator.az

10Mənbələr