AZ

Ermənistanın müdafiə naziri Brüsselə getdi

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə yola düşüb.

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə ölkə  Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

S.Papikyanın səfəri işgüzar xarakter daşıyır.

 

Səfərin digər təfərrüatları barədə məlumat verilmir.

 

Xatırladaq ki, Ermənistan müdafiə idarəsinin rəisi martın əvvəlində İrana səfər etmiş və orada ölkə rəhbərliyi ilə danışıqlar aparmışdı.

 

Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
24
senzor.az

10Mənbələr