AZ

Hərbçimiz su kanalında boğuldu - Yenilənib

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlu faciəli şəkildə vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən (MN) faktı təsdiqləyiblər.

“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, - rəsmi məlumatda bildirilib.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir:

“Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər”​.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
39
sabah.az

10Mənbələr