AZ

Azərbaycan Ordusunun hərbçisi su kanalında boğulub

Nazirlik hərbçinin ailəsinə başsağlığı verib
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.
Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
49
ayna.az

10Mənbələr