AZ

Afət saxlanılmağından danışdı: “Azərbaycan polisinə...”

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı saxlanılıb. 

Belə ki, ifaçı polis əməkdaşları tərəfindən bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq aidiyyatı üzrə məhkəməyə təhvil verilib. 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında həyat yoldaşı Mamed Nanacanovla paylaşım edən müğənni hazırda hər şeyin qaydaşında olduğunu bildirib: 

“Biz buradayıq. Hər şey gözəldir. Azərbaycan polisinə dərin təşəkkürlər”. 

Xatırladaq ki, Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən barəsində həbsiz axtarış elan olunmuşdu. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
49
yenisabah.az

10Mənbələr