AZ

Fransa prezidenti Makron təcili atəşkəsə çağırıb

Fransa prezidenti Emmanuel Makron İsrailin Rafahdakı köçkün fələstinlilərin düşərgəsini bombalamasından sonra dərhal atəşkəsə çağırıb və İsrailin Rəfaha hücumlarının dayandırılması lazım olduğunu vurğulayıb.
Elchi.az xəbər verir ki, o bu barədə “X” sosial media platformasında paylaşım edib.
Sözügedən hücumların dayandırılması lazım olduğunu vurğulayan Makron, Fələstinli mülki vətəndaşlar üçün Rafahda təhlükəsiz zonanın olmadığına diqqət çəkərək, beynəlxalq hüquqa hörmət və dərhal atəşkəsə çağırıb.
Dünən İsrail Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırmaq qərarına baxmayaraq, Qəzza zolağının Rəfah şəhərində köçkün fələstinlilərin çadırlarına hücum edib və hücumda ən azı 40 fələstinlinin həlak olduğu bildirilir.Nuranə Məmmədova

Seçilən
70
41
elchi.az

10Mənbələr