AZ

Bütövləşən müstəqil Azərbaycanımız (FOTO)

Bakı. Trend:

Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP)Xətai rayon təşkilatının və 59 saylı məktəbin birgə təşkilatçılığıilə bu mövzuda tədbir keçirilib

Trend xəbər verir ki, mayın27-də Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası(YAP) Xətai rayon təşkilatının və 59 saylı məktəbin birgətəşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr edilən“Bütövləşən müstəqil Azərbaycanımız” mövzusunda tədbirkeçirilib.

Öncə məktəb şagirdlərinin ifasında Azərbaycanın müstəqilliktarixini özündə əks etdirən bədii kompozisiya təqdim edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri VüqarRəhimzadə bildirib ki, 28 may 1918-ci il xalqımızın azadlıq vəmüstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub.Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötənəsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk azad,demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanınyarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratikrespublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrliksosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızınmilli oyanışı və dirçəlişinin məntiqi nəticəsi kimi meydana çıxıb.Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlətquruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlərqoydu, xalqın qəlbində azadlıq və istiqlal duyğularınıgücləndirdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətininömrü uzun olmadı. Lakin bu, xalqımızın azad, müstəqil yaşamaqistəyini söndürmədi, əksinə daha da alovlandırdı. 1991-ci il 18oktyabr tarixində müstəqilliyimiz yenidən bərpa olundu. Lakin ilkillərdə ölkədə xaosun, özbaşınalıqların hökm sürməsi Azərbaycanıböyük faciələrlə üz-üzə qoydu. Azərbaycan bir dövlət olaraqdünyanın siyasi xəritəsindən silinmək, müstəqilliyini itirməktəhlükəsini yaşadı. Xalq bu çətin gündə də ümidini itirmədi.Vətənini, xalqını canından artıq sevən, “Mənim üçün hər şeydən əzizmənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyənÜmummilli Lider Heydər Əliyevin ölkəsinin, xalqının taleyinə biganəyanaşmayacağına əmin idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevinxalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanınmüstəqillik tarixinin yeni bir mərhələsinin başlanğıcı oldu.Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsindəAzərbaycanı faciələrdən, təhlükələdən xilas etdi, müstəqilliyimizindaimiliyinin, dönməzliyinin, sarsılmazlığının möhkəm təməliniyaratdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl AzərbaycanıPrezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə, ərazibütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə qovuşdurdu.Bu gün bayramlarımızı, tarixi günlərimizi bütün ölkə ərazisindəqeyd etməyimizdən böyük qürur hissi keçiririk. Milli qürurumuzun,kimliyimizin rəmzi olan üçrəngli Bayrağımız tarixi sahibinəqovuşmuş bütün torpaqlarımızda dalğalanır.

59 saylı məktəbin direktoru Fəzail Məmmədov Azərbaycanınmüstəqillik tarixinin zənginliyindən, Zəfər dolu səhifələrindəngeniş bəhs edib. Bildirib ki, tarixinə sahib çıxan xalqyenilməzdir, məğlubedilməzdir. Ümummilli Lider Heydər Əliyevin vəonun layiqli davamçısı Prezident İlham Əliyevin əsas çağırışı buolub ki, gənclərimiz tariximizi yaxşı öyrənməli və təbliğində fəaliştirak etməlidirlər. Azərbaycanın müstəqillik yolunun heç də hamarolmadığını dərk etmək üçün ayrı-ayrı mərhələlərin müqayisəlitəhlilinə böyük ehtiyac vardır. Dövlətimizin başçısı İlham ƏliyevinSərəncamı əsasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan XalqCümhuriyyəti ili” elan edilməsi müstəqillik tariximizinvərəqlənməsində, hər bir səhifəsinin oxunmasında, indiki və gələcəknəsillərə çatdırılmasında mühüm rol oynadı.

Şəhid atası Meyvəddin Ramaldanov, şəhid anası Həcər İsmayılova,şəhid atası Pərviz Umudlu çıxış edərək Azərbaycanın müstəqilliktarixinin Zəfər dövründən danışıblar. Bildiriblər ki, 1993-cü ildəxalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevinhakimiyyətə qayıdışından başlanan inkişaf yolunun uğurları bugünküreallıqlarımızda özünün aydın ifadəsini tapır. Qürurla qeyd edirikki, bugünkü müasir müstəqil, qalib Azərbaycan Ulu Öndər HeydərƏliyevin görmək istədiyi Azərbaycandır. Heydər Əliyev siyasətininlayiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Ordusu müstəqillik tariximizin şanlıZəfər səhifəsini yazdı. Tarixi Zəfərimizdən üç il sonra isəPrezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ərazibütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, Azərbaycan yenidövrə qədəm qoydu. Qanları, canları ilə tarix yazan şəhidlərimizinbu gün ruhu şaddır. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütüntorpaqlarımızda dalğalanır.

Sonda tədbirin təşkilatçısı Gültəkin Hacıyevaya Təşəkkürnamə,təhsildə fərqlənən bir qrup şagirdə Fəxri fərmanlar təqdimolunub.

Bütövləşən
Bütövləşən
Bütövləşən
Bütövləşən
Bütövləşən
Seçilən
71
7
az.trend.az

8Mənbələr