Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Hətta "Vətən naminə Tavuş" adlı hərəkat rəhbərlərindən olan Qurgen Melikyan Baqrat Qalstanyanı Ermənistanın Baş nazir postuna namizədliyini irəli sürdüyünü bildirib. Baqrat Qalstanyanın namizədliyini irəli sürməsi təhlükəli prosesdir və onlar Nikol Paşinyanı devirmək üçün Ermənistanda xalqı ayağa qaldırmağa çalışırlar. Hazırda Nikol Paşinyan ciddi sınaq qarşısındadır. Ölkədə xarici güclərin əlində oyuncağa çevirilmiş dairələr var. Onlar uzun illər dalan dövlət kimi istifadə olunulan Ermənistanı yenidən dalan dövlətinə qaytarmağa çalışırlar. Aksiyanın qarşısını almaq üçün Ermənistanın əlində kifayət qədər güc var. Ermənistan vəziyyəti dəyişə bilər. Aksiyanın polis tərəfindən qarşısının alınması Nikol Paşinyana təhlükənin az olduğunu göstərir. Burada ən böyük problemlərdən biri aksiya təşkilatçılarının arxasında antipaşinyan qüvvələrinin olması dayanır. Bu da aksiyanı bir qədər təhlükəli edir".