Görünən odur ki, Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır. Bu səbəbdən də nazirlər necə davranacaqlarına təcili qərar verməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
“Gürcüstan məsələsi gündəmdədir. Bu, Gürcüstandakı vəziyyətin nazirlər səviyyəsində ilkin qiymətləndirilməsidir”, - deyə Borrell bildirib.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Gürcüstan hakimiyyətini düzgün yol tutmağa çağırmışdı.