AZ

DSMF: Ötən ay sığortaedənlərin sayı 0,54 faiz artıb

DSMF:

Bakı, 27 may, AZƏRTAC

Bu ilin aprel ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 11 min 15 vahid və ya 0,54 faiz artaraq 2,047 milyon vahid təşkil edib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1151, fiziki şəxslər üzrə 8 362, torpaq mülkiyyətçiləri üzrə isə 1502 vahid artıb.

Seçilən
48
1
azertag.az

9Mənbələr