İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.

Leqal.info xəbər verir ki, bu barədə İsrailin “KAN” telekanalı məlumat yayıb.

Bildirilib ki, sonuncu müzakirələr zamanı səsləndirilən təklif İsrailin hökumət rəhbərinə çatdırılsa da o axırıncı HAMAS döyüşçüsü qalana kimi mübarizənin davam etdiriləcəyini bildirib.

Məlumata görə,, İsrail tərəfi mayın 25-də əsirlərin mübadiləsi və atəşkəslə bağlı danışıqların növbəti həftədən davam etdirməyə hazır olduğunu bildirib. Hökumətdən verilən açıqlamada qeyd olunub ki, qarşı tərəf bu təklifi cavabsız qoyub.

Leqal.info