AZ

Aİ Rusiyadan dəmir və alüminium alışını artırıb

2024-cü ilin mart ayında Avropa İttifaqı Belçika və Almaniyada tələbatın artması səbəbindən Rusiyadan dəmir, polad və alüminium alışını artırdı.

Bu barədə RİA Novosti statistik məlumatlara istinadən xəbər verir.

Agentliyin məlumatına görə, martda Rusiyanın dəmir və polad ixracı aylıq ifadədə 1,7 dəfə və ya 2023-cü ilin may ayından bu yana maksimum olan 328 milyon avroya yüksəlib.

Belçika ən çox Rusiya məhsulunu 2024-cü ilin mart ayında alıb. Dövriyyə 3,5 dəfə artaraq 130,5 milyon avroya çatıb. Bundan sonra İtaliya (85 milyon avro) və Danimarka (35,1 milyon avro) gəlir. İlk beş ən böyük alıcıya Çexiya və Hollandiya da daxildir.

Almaniya alüminium alışını 5 dəfə artıraraq 22,4 milyon avroya çatdırıb.

Seçilən
128
47
dogru.az

10Mənbələr