AZ

İsveçin müdafiə naziri: “Ukraynanın Rusiyaya zərbə endirmək hüququ var”

Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatlar keçirməyə hüququ var.

Teleqraf.com xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson bildirib.

Yonson öz mövqeyini beynəlxalq hüquqla əsaslandırıb.

“Beynəlxalq hüquqa görə, müharibə qanunları əməl edilirsə, Ukrayna düşmən ərazisinə yönəlmiş hərbi əməliyyatlarla özünü müdafiə etmək hüququna malikdir. İsveç beynəlxalq hüququ və Ukraynanın müdafiə hüququnu dəstəkləyir”, - nazir qeyd edib.


Müəllif: Teleqraf.com
Seçilən
47
3
teleqraf.com

4Mənbələr