AZ

Süni intellekt "Google"u sındırdı

"Google"un axtarış sisteminə süni intellektin tətbiqi təhlükəli tendensiya yarada bilər.

Milli.Az olke.az-a istinadən bildirir ki, burada axtarış sorğularına cavablar zamanı səhvlər, sponsorlu reklamlarla yanaşı normaya çevrilir.

Məlumata görə, axtarış sisteminə süni intellektin tətbiqi ABŞ-nin texnologiya nəhəngi üçün tənqid dalğası ilə nəticələnib.

Hərçənd, şirkət nümayəndələri iddia edirlər ki, səhv informasiya yalnız nadir və ya mürəkkəb sorğular zamanı müşahidə olunur.

"Alphabet" əmin edir ki, mütəxəssislər artıq yenilənmiş axtarış xidmətinin işini sabitləşdirmək üzərində işləyirlər, lakin istifadəçilər "Google"un əsas məhsullarından birinə süni intellekt tətbiq etmək ideyasını səhv hesab edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
8
milli.az

10Mənbələr