AZ

Dünyanın ən zəngin ailələri daha çox nədən qorxurlar?

ABŞ və Cənub-Şərqi Asiyanın ən varlı ailələri növbəti beş il ərzində vergi artımını müharibə və ya digər hadisələrdən daha böyük təhlükə kimi görürlər.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, bunu “UBS GROUP AG” şirkətinin sorğusunun nəticələri sübut edir.

Tədqiqat 2024-cü ilin yanvar-mart ayları arasında aparılıb. Sorğu zamanı sərvətlərin idarə edilməsi üçün yaradılmış ən zəngin ailə şirkətlərinin nümayəndələri ilə müsahibə aparılıb. Tədqiqatda 320 nəfər iştirak edib.

Respondentlər hansı hadisələri əsas risk hesab etdikləri ilə bağlı sualları cavablandırıblar. ABŞ-dən olan respondentlərin 73%-i və Cənub-Şərqi Asiyadan olan respondentlərin 59%-i növbəti beş ildə vergi artımından qorxduqlarını bildiriblər. Eyni zamanda, onlar ciddi geosiyasi münaqişədən qat-qat daha az qorxduqlarını, hərbi münaqişələri ən az əhəmiyyətli problem hesab etdiklərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
4
medianews.az

10Mənbələr