AZ

“Qalatasaray” 24-cü dəfə çempion oldu

İstanbul klubu Super Liqada yenidən çempionluğunu qeyd edib
"Qalatasaray" klubu Türkiyə Super Liqasında yenidən çempionluğunu qeyd edib.
AYNA xəbər verir ki, mövsümün son oyununda "Konyaspor" klubunu 3:1 hesabı ilə məğlub edən "Qalatasaray", "Fənərbağça"nı 3 xal qabaqlayaraq 2023/24 mövsümünün qalibi olub.
"Fənərbağça" "İstanbulspor" görüşündə "sarı lacivərtlər" rəqibi 6:0 hesabı ilə darmadağın etsələr də, bu, çempionluq üçün kifayət etməyib.
Türkiyə Kubokunda "Trabzonspor" klubunu 3:2 hesabı ilə məğlub edərək çempion olan "Beşiktaş" isə mövsümün son oyununda "Kasımpaşa"ya 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Qalatasaray" 2022/23 mövsümündə də Türkiyə Super Liqasının qalibi olmuşdu.

Seçilən
127
1
ayna.az

10Mənbələr