AZ

Azərbaycan çempionu: Düşünürəm ki, bunu haqq edirdik

Bu gün 11-ci dəfə çempion olduq. Düşünürəm ki, bunu haqq edirdik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXVI sonra baş tutan mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Toral Bayramov deyib.

Komandası ilə birlikdə 11-ci dəfə Azərbaycan çempionu olmuş futbolçu geriyə ancaq xoş xatirələr qaldığını söyləyib: "Çox sevincliyik. Bizim üçün uğurlu və möhtəşəm mövsüm alındı. Mövsümün əvvəlində güvənsiz başlasaq da, sonradan toparlana bildik. Geriyə baxsaq, xoş xatirələrimiz çox oldu"

Müdafiəçi mövsümü heç də asan keçirmədiklərini vurğulayıb: "Asan mövsüm olduğunu deməzdim. Əksinə daha çətin olduğunu düşünürəm. Xatırlayırsınızsa, çempionatın əvəlində birinci pilləyə qalxa bilmirdik, 2-cü, 3-cü yerlərdə qalırdıq. Ancaq var gücümüzü ortaya qoyduq, sonda da 8 tur əvvəl çempion olmağı bacardıq".

"Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran T.Bayramov bu məsələlərə klub rəhbərliyinin baxdığını söyləyib: "Bunun barəsində danışmaq istəmirəm. Belə işlərlə menecerlər, klub rəhbərliyi məşğuldur. Danışa biləcəyim bir mövzu deyil. Yaşayarıq görərik".

"Çempionlar Liqasında ölkəmizi, xalqımızı təmsil edəcəyik. Daha da artırıb, xalqımızı və azarkeşlərimizi sevindirməyə çalışacağıq" - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, hələ 8 tur əvvəldən çempionluğu təmin edən "Qarabağ" Azərbaycan Premyer Liqasının son matçında "Araz-Naxçıvan"la qarşılaşıb və görüş 2:2 hesabı ilə bitib.

Seçilən
75
3
report.az

4Mənbələr