AZ

Dünyanın ən böyük ağzına sahib adam - FOTO

Anqolalı Fransisko Dominqo Joaquim ağzı ilə bütün dünyada səs salmağı bacarıb. 
Sözügedən şəxs dünyada ən böyük ağıza sahib şəxs kimi “Ginnesin Rekordlar Kitabına” daxil edilib. 
Anqolalı bu şəxs ağzını rezin kimi uzatdığı videonu internetdə paylaşaraq məşhurlaşıb. Onun bu videosu sosial şəbəkələrdə viral olub. Hər kəs onun bu qabliyyətinə təəccüblənib. Hətta bəziləri buna inanmayaraq onun effektdən istifadə etdiyini iddia edib. 
Təbii ki, müsabiqənin qalibi tezliklə adı “Ginnesin Rekordlar Kitabı”nın səhifələrinə düşən Fransisko Dominqo olub.
Ölçmə apararkən məlum olub ki, onun ağzı 17 santimetrdir. Rekordçu bunun üçün heç bir xüsusi məşq və ya əməliyyat etmədiyini bildirib. Həkimlər isə bunu  displaziya ilə izah ediblər. Ancaq təəssüf ki, onun bu qabiliyyəti Fransiskoya heç bir maddi yardım etmədi.

(Lent.az)

Seçilən
163
1
avtosfer.az

2Mənbələr