AZ

Külək əsəcək, yağış yağacaq və dolu düşəcək - Sabahın havası

Külək əsəcək, yağış yağacaq və dolu düşəcək - Sabahın havası

Ölkə

 18:46 26.05.2024

  

 330

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək və nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
49
demedia.az

10Mənbələr