AZ

Qəssabı öldürmək istəyən 17 yaşlı oğlan

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, əfv edilənlər sırasında Beyləqanda qəssabı öldürməyə cəhddə təqsirləndirilən 17 yaşlı Nurlan Ataşov da var. N. Ataşov 2019-cu ilin avqust ayında Beyləqan rayonunun Mil qəsəbəsində şəxsi münaqişə zəminində qəsəbə sakini, heyvan kəsimi ilə məşğul olan Nəcməddin Mehdizadəni öldürməyə cəhd edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 5 il 7 ay 15 gün azadlıqdan məhrum edilib.
4 il 9 ay cəza çəkən N. Ataşov Prezidentin sərəncamı ilə əfv olunub.
N. Ataşovun azadlıqda ilk görüntülərini təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
metbuat.az

10Mənbələr