AZ

17 saylı cəzaçəkmə müəssisəsində 7 məhkum azadlığa buraxılıb 

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Musavat.com xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində əfv sərəncamı ümumilikdə 9 nəfərə şamil olunub. Onlardan 7 məhkum azadlığa buraxılıb.

Azadlığa buraxılan 2 məhkum Türkiyə, 2 məhkum isə Əfqanıstan vətəndaşıdır.

İki nəfər məhkumun isə cəza müddəti azaldılıb.

Xalidə Gəray
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
2
musavat.com

10Mənbələr