AZ

Son 70 ilin ən böyük maliyyə böhranı ola bilər

Böyük Britaniyada aşağı iqtisadi artım templəri və kifayət qədər böyük məbləğdə dövlət borcu ona gətirib çıxarıb ki, hazırkı nazirlər kabineti ölkədə son 70 ildə ən böyük maliyyə böhranı ilə üzləşə bilər.

Bunu mayın 25-də Britaniya Maliyyə Tədqiqatları İnstitutunun (IFS) direktoru Pol Conson deyib.

Ekspertin fikrincə, ölkənin yeni hökuməti xərcləri azaltmaq, borcları artırmaq və ya vergiləri artırmaq arasında seçim etməli olacaq.

O qeyd edib ki, Leyboristlər və Mühafizəkarların nümayəndələri iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi artıq 100%-ə yaxın olan dövlət borcu ilə bağlı vəziyyəti sabitləşdirməyə söz verirlər. Lakin Böyük Britaniyada iqtisadi artım demək olar ki, dayanıb və faiz dərəcələri artıb. Buna görə də, seçkinin qalibi 1950-ci illərdən bəri ölkədəki istənilən hökumətin üzləşdiyi problemdən qat-qat ciddi problemi həll etməli olacaq.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
11
olke.az

10Mənbələr