Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1996-cı il təvəllüdlü Rzayeva Xanım Rizvan qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.