AZ

Vanuatu sahillərində 6,4 maqnitudada zəlzələ olub

Vanuatu sahillərində 6,4 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri ölkənin paytaxtı Port-Vila şəhərindən 83 km şimal-qərbdə, ocağı 25 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilmir.

Seçilən
172
50
report.az

10Mənbələr