AZ

PSJ Fransa Kubokunu da qazandı

Fransa Kubokunun finalı başa çatıb.
"Lion" və "Paris Sen-Jermen" komandalarının qarşılaşdığı matçda 3 qol vurulub.
22-ci dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele hesabı açıb. 34-cü dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fabian Ruiz parislilərin ikinci qolunu vurub. 55-ci dəqiqədə isə "Lion"un irlandiyalı müdafiəçisi Ceyk O"Brayen fərqi azaldıb. Oyun elə bu hesabla da bitib - 1:2.
PSJ tarixində 15-ci dəfə Fransa kubokunun qalibi olub. Qeyd edək ki, parislilər sonuncu dəfə 2020/2021 mövsümündə bu turniri qazanıb. Xatırladaq ki, komanda bu il həm də ölkə çempionu olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
33
oxu.az

10Mənbələr