AZ

Xərçəng müalicəsi alan kişinin saçları qaraldı - FOTOLAR

Antalyada xərçəng xəstəliyindən müalicə olunan Cəmil Şimşək müalicədən sonra ağaran saç və saqqalının qaraldığını görüb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  o, iki il əvvəl qarın ağrısı şikayəti ilə Antalya Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib. Müayinələrdə bağırsaq xərçəngi diaqnozu qoyulub. Müalicəsi başlanan Şimşəkin bağırsağının xərçəngli hissəsi əməliyyatla çıxarılıb və kimyaterapiya tətbiq edilib. Kimyaterapiya davam edərkən, Şimşək dərman müalicəsinə başlayıb. Bir müddət sonra onun saçları, saqqalı və bədən tükləri töküldü. Müalicəsi başa çatdıqdan sonra bədənində dəyişikliklər müşahidə edən Şimşək saç və saqqalının uzanması ilə təəccüblənib. Xərçəng müalicəsindən əvvəl daha çox ağ olan saqqalı və saçları qaralmış,  daha gənc görünməyə başlamış.

55 yaşlı kişi hazırkı vəziyyəti ilə daha xoşbəxt olduğunu bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
50
unikal.az

10Mənbələr