AZ

Zelenski Rusiya ilə atəşkəs razılaşmasını rədd edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə atəşkəs razılaşmasının əldə olunması imkanlarını nəzərdən keçirmək niyyətində olmadığını bildirib.

“Bu gün atəşkəs bizim üçün çox təhlükəlidir”, – deyə Ukrayna lideri Qazaxıstanın “Orda” nəşrinə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, müvəqqəti atəşkəs Rusiya qoşunlarının güclənməsinə səbəb ola bilər.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna mətbuatına müsahibəsində ölkəsinin Parisdə keçiriləcək Olimpiya Oyunları müddətində Rusiyaya Ukraynada atəşkəs təklif edəcəyini bildirmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra deyib ki, Kreml Fransadan belə təkliflər almayıb.

Azpost.info

Seçilən
111
30
azpost.info

10Mənbələr