AZ

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi prioritetdir

“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla münasibətlərin inkişaf etdirilməsi prioritetdir. Tarixi, mədəni, dini bağlılığa malik Azərbaycan-Tacikistan dostluq və qardaşlığı hər zaman səmimiyyət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hələ soverlər birliyi dönəmində hər iki respublikanın çox yaxın əlaqələri olub. Müstəqillik qazandıqdan sonra isə münasibətlərdə yeni mərhələ başlayıb və hər iki ölkə əsl dostluq şəraitində yeni imkanlara əsaslanaraq siyasi-iqtisadi, elmi-mədəni, humanitar-sosial və digər sahələrdə çoxtərəfli əməkdaşlığı gücləndirib”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

 

Deputat bildirib ki, Azərbaycan-Tacikistan münasibətlərinin yüksək səviyyəyə çatmasında dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayıb. Son illərdə isə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin liderləri, o cümlədən Tacikistanın dövlət başçısı ilə qarşılıqlı səfərlər zamanı səmimi görüşləri və müzakirələri siyasi münasibətləri və açıq dialoqu daha da gücləndirib, münasibətlərin strateji xarakter almasını təmin edib. Səfərlər zamanı imzalanan müqavilələr hər iki ölkə arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirib.

 

Deputatın sözlərinə görə, 22-23 may tarixlərində Azərbaycanda dövlət səfərində olan Tacikistan Prezidenti Emoməli Rəhmonun Prezident İlham Əliyevlə görüşü, aparılan müzakirələr əlaqələrin siyasi önəmini və səmərəliliyini daha da artırır. Dövlət başçılarının görüşü zamanı ortaya qoyulan siyasi iradənin ən mühüm əlamətlərindən biri kimi yeni geosiyasi layihələrdə birləşmək təşəbbüsləri bu baxımdan xüsusi qiymətləndirilə bilər. Xüsusilə də münasibətləriin yeni xarakterini, ruhunu və siyasi keyfiyyətini artıracaq və qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edəcək Strateji Tərəfdaşlıq haqqında Bəyannamə çox mühüm dövlətlərarası saziş sayıla bilər. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd imzalanıb ki, bu, münasibətlərin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Xüsusilə də Bəyannamə gələcək siyasi və iqtisadi hədəflərə nail olmaq üçün Yol xəritəsi hesab oluna bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verildi ki, bu da bölgənin ən strateji nəqliyyat-tranzit xətlərində birgə hərəkətin ifadəsi deməkdir.

 

Azərbaycan və Tacikistan arasında birgə iradənin ən məzmunlu və gələcək iqtisadi-siyasi əlaqələndirmənin nəhəng platforması və uzunömürülü sütunu trans-nəqliyyat koridorunda birgə səyləri artırmaq niyyətidir.  Nəqliyyat sektoru üçün hədsiz dərəcədə iri bir tranzit vektoru olan bu razılaşma Orta Dəhlizin bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizinin Azərbaycanla Tacikistanı birləşdirməsi deməkdir. Bu dəhliz böyük bir coğrafiyada - Şərq və Qərbə, Şimal və Cənuba və əks istiqamətlərdə böyük həcmdə yüklərin hərəkətini şaxələndirəcək və hər iki ölkəyə bir çox üstünlüklər qzazandıracaq.


Tacikistan Prezidenti Emoməli Rəhmon da bu dəhlzdə birgə tərəfdaşlığın əhəmiyyətindən məmnunluğunu vurğulayıb. Onun “nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirən Azərbaycanın bu ərazilərdən keçən xətlərdən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd edirik” fikri Tacikistanın Orta Dəhlzidə yer almağa müsbət yanaşdığının göstəricisidir.


Göründüyü kimi Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə və genişçləndirməklə bərabər, bu koalisiayaya bütün dost ölkələri cəlb edir. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da “Bir kəmər, bir yol” təşəbbüsünə və böyük bir nəqliyyat ailəsinin birləşməsinə xidmət edir.


Mərkəzi Asiya ölkələrinin demək olar ki, hər biri Orta Dəhlizdə təmsil olumaqdadır. Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Qazaxıstan, Özbəkistan, Türkmənistan Azərbaycanla birgə qovşaqların birləşdirilməsinə dair sazişlərə  imza atıb, Qırğızıstan da faktiki olaraq bu sırada yer almaqdadır. Bu baxımdan, Tacikistan Azərbaycanın nəqliyat strategiyasında ortaq iqtisadi baxışların bir ifadəçisi kimi yer alır və bu ailədə özünə əlverişli yer edir.


“Beləliklə, Tacikistan Prezidentinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin inkişafına töhfə verməklə yanaşı, nəzərdə tutulan regional layihələrin reallaşması istiqamətində də böyük önəm kəsb edir. Dövlətlərin iradəsi nəticəsində bu layihələrin reallığa çevrilərək xalqlarımızın maraqlarını ifadə etməsi bütövlükdə region üçün  böyük faydalar verəcək”,-deyə deputat vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
50
modern.az

10Mənbələr