AZ

Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, mayın 24-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında  1 tapança, 1 qumbara və 4 tüfəng təhvil götürülüb. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. 
Mayın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng və 65 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
18
xalqqazeti.az

10Mənbələr