AZ

Azərbaycanın növbəti iddiası- "Yaşıl keçid" prosesində aparıcı ölkə olmaq...

Image

Akif Nəsirli: “Prezident də bu istiqamətdə Azərbaycanın mövqeyini, tutduğumuz istiqaməti, hədəfləri bəyan edib”

“Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda, problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq”. 

Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində “Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istərdim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi” sualına cavabında bildirib.

“Azərbaycan “yaşıl keçid” prosesinə öz töhfəsini verməkdədir” 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan qarşısına “Yaşıl keçid” prosesində aparıcı ölkə olmaq vəzifəsini qoyub və bu istiqamətdə səylərini davam etdirir.

“Müxbir COP29-un keçirilməsinin, COP ideyalarının maliyyələşdirilməsi barədə Prezidentdən soruşmaq istəyib ki, siz neft, sərvət ölkəsi olaraq COP29-un ideyalarının maliyyələşdirilməsinə vəsait ayırmağa hazırsınızmı. Prezident İlham Əliyev isə suala cavabında bildirir ki, biz COP29-a qədər digər qurumlarda olmuşuq, Qoşulmama Hərəkatını misal gətirir, OPEC+dən danışır. Azərbaycan həmin təşkilatlarda da öz maliyyəsi, vəsaitləri hesabına müəyyən məsələlərin həllinə dəstək olub. Misal çəkir ki, biz burada maliyyələşmə aparmışıq, COP29-un da ideyalarının həyata keçirilməsi üçün səylərimizi əsirgəməyəcəyik, həmin istiqamətə də vəsait ayıracavağıq, amma vəsait təkcə bir ölkənin üzərinə düşməməlidir, biz, bütün neft, sərvət ölkələri həmrəylik nümayiş etdirməliyik. Bütün neft ölkələri bu ideyaların maliyyələşməsinə vəsait ayırmalıdır, 

 biz da digər neft ölkələri ilə birlikdə bu ideyanın maliyyələşməsindən məmnunuq. Söhbət ondan gedir ki, Azərbaycan artıq məmnuniyyətlə COP29-un ideyalarının reallaşmasına vəsait ayırmaq üçün hazırdır. Prezidentin cavabından bu yanaşma görsənir. 

Azərbaycan digər beynəlxalq təşkilatlarda aktiv iştirak edir, maliyyələşmə həyata keçirib. Bir növ Azərbaycan COP29-un ev sahibi kimi, həm də onun ideyalarının maliyyələşməsinə hazır olduğunu bəyan edib”.

A.Nəsirli bildirdi ki, Azərbaycan həmçinin “Yaşıl keçid”ə doğru addımlar atır və bu sahədə israrlıdır. “COP29 bizim qarşımızda məqsəd qoyur ki, “Yaşıl enerji” ideyalarının maliyyələşdirilməsinə vəsaiat ayırın. “Yaşıl enerji” inkişaf etdikcə isə, sözsüz, neft və qaz bir yanacaq kimi öz əhəmiyyətini yavaş-yavaş itirəcək. Hesab edirəm ki, Azərbaycan “yaşıl keçid” prosesinə öz töhfəsini verməkdədir. Bilirsiz ki, bizim “yaşıl enerji” resurslarımız var. Bu istiqamətdə ciddi işlər gedir. Bilirik ki, neft, qaz bir zaman tükənə bilər və bu səbəbdən də “yaşıl enerji” sahəsində səylərimizi daha da genişləndiririk. Prezident də bu istiqamətdə Azərbaycanın mövqeyini, tutduğumuz istiqaməti, hədəfləri bəyan edib. Bu hədəflərə çatmaq üçün resurslarımız, digər imkanlarımız mövcuddur”-deyə A. Nəsirli qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
129
9
baki-xeber.com

10Mənbələr