AZ

Azərbaycan millisi AÇ-də tarixi uğura imza atdı

Qadın güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında üçüncü yeri tutmaqla tarixinin ən yüksək nəticəsinə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bakıda 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında bu gün qadın güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan millisi qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb.

Belə ki, 1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan yığmamız 76 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında 3-cü yeri tutub. Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci olub.

Xatırladaq ki, komandamızın tərkibində Jalə Əliyeva (57 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.

Seçilən
170
14
arena.az

10Mənbələr