AZ

"Qalatasaray" klubunun yeni prezidenti kim olacaq: Dursun Özbek, yoxsa Süheyl Batum?

"Qalatasaray" klubunun yeni prezidenti sabah keçiriləcək seçkidən sonra bəlli olacaq.
Məlumata görə, "sarı-qırmızılar" yeni mövsüm üçün hazırlıqlarını davam etdirərkən prezident seçkisi keçirəcəklər.
Belə ki, İstanbul təmsilçisini idarə etmək üçün iki şəxs namizədliyini irəli sürüb: komandanın hazırkı prezidenti Dursun Özbek və professor, siyasətçi Süheyl Batum prezidentlik üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, klubun prezident seçkisi mayın 25-də saat 16:00-da keçiriləcək.
Mənbə: Sporx.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
oxu.az

10Mənbələr