AZ

Davudoğlu çağırış etdi: Abovyan təhqirlə  cavabladı

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Türkiyə hökumətini Ermənistanla diplomatik münasibətləri tənzimləməyə, ikitərəfli səfirliklər və sərhədləri açmağa çağırıb: “Azərbaycan torpaqları işğaldan azad olunduğuna və Paşinyan bu həftə verdiyi bəyanatda soyqırım iddiasını rədd etdiyinə görə Türkiyə Ermənistanla münasibətlərini tez bir zamanda normallaşdırmalıdır”.

Davudoğlu qeyd etdi ki, Yaxın Şərqdə tüğyan edən yanğının Qafqaza keçməsinə imkan verilməməlidir.


Davudoğlunun bu mesajı erməniləri bərk qəzəbləndirib. Erməni politoloq Arman Abovyan necə qəzəblənibsə ağzından çıxan sözlərə “rastamoşka” etməyib, söz dediyi ADAMı unudub. Çərənləməyə başlayıb: "Türkiyənin siyasi klounu erməni mövzulu növbəti “sirk” tamaşasına başlayır.
Belə ki, İran və Türkiyə mənbələrinin verdiyi məlumata görə, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bəyan edib ki, “Azərbaycan torpaqları işğaldan azad edildiyindən” (yəni bütün Artsax Respublikasının və Ermənistan Respublikasının ərazilərinin bir hissəsinin işğalı Türkiyə-Azərbaycan tandemi baş verdi) və Nikol Paşinyan bu həftə verdiyi bəyanatda guya soyqırım ittihamlarını “inkar edib” (yəqin ki, o, hökumətin erməni soyqırımı faktını unutduran anti-dövlət konsepsiyasından danışır), Türkiyə tez bir zamanda (!!!) Ermənistanla münasibətlərini tənzimləməlidir”.
Abovyan xeyli türklərin əleyhinə çərənlədikdən sonra qeyzlə Ermənistan baş naziri Paşinyana da sual ünvanlayıb:”Yaxın vaxtlarda Davudoğlunun bəyanatı ilə bağlı Ermənistan hakimiyyətindən birbaşa, başa düşülən və dürüst açıqlama gözləyirəm.

İndiki Ermənistan hökuməti indiki Türkiyənin Osmanlı İmperiyasının sahibi kimi tarixi məsuliyyətini, bir milyon yarım erməninin məhv edilməsi faktını isə soyqırım aktı kimi tanıyırmı?”


Qalır məsələnin 2-ci hissəsi: Görək Abovyanı birinci Ə. Davudoğlu vecinə alıb cavab verəcək ya Paşinyan.
Ümid edirəm... Karvan keçəcək...

Əntiqə Rəşid 

Seçilən
165
50
adalet.az

10Mənbələr