AZ

1 avtomat, 5 qumbara və 5 tüfəng təhvil götürülüb - DİN

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Bildirilib ki, mayın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 tüfəng, 96 patron darağı və 38 müxtəlif çaplı patron təhvil götürüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
12
sia.az

10Mənbələr