AZ

Xarkovda 236 min kvadratmetr sahəsi olan yeraltı şəhər tikiləcək - FOTO

Ukraynanın Xarkov şəhərinin mərkəzində 236 min kvadratmetr sahəsi olan yeraltı şəhər tikiləcək.

FED.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terekov bildirib.

"Ərazidə məktəblər, park, xəstəxanalar, ticarət mərkəzləri və kovorkinq məkanları yerləşəcək. Metro stansiyalarında bu yeraltı "şəhərə" daxil olmaq mümkün olacaq və onun yerüstü səthində park sahələri salınacaq", - mer əlavə edib.

Qeyd edək ki, son vaxtlar Xarkov Ukraynada ən çox hava hücumuna məruz qalan şəhərdir. (Report)

XarkovdaXarkovda
Seçilən
154
7
fed.az

6Mənbələr