Cəlilabadda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.Metbuat.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün rayonun Günəşli kəndində qeydə alınıb.Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun artıq öldüyü məlum olub.Məlumata görə, mərhum ailədə 3 bacı və 1 qardaş olublar. Baş verən bədbəxt hadisə ilə bağlı TƏBİB-də açıqlama verib.Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25 radələrində 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.