AZ

Siyarto: Dünya müharibəsi təhlükəsi hər gün yaxınlaşır

Qərb siyasətçilərinin “sərsəm bəyanatları” ucbatından dünya müharibəsi təhlükəsi artır.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O xatırladıb ki, Avropa siyasətçiləri demək olar ki, hər gün “çılğın bəyanatlar” verirlər. Siyarto qeyd edib ki, Rusiya Federasiyasında qeyri-strateji nüvə arsenalından istifadə ilə bağlı təlimlər fonundaUkraynaya əsgər göndərmək istəyənlər var.

"Buna görə də dünya müharibəsi təhlükəsi hər gün yaxınlaşır", - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

O qeyd edib ki, “bu dəliliyi dayandırmağın vaxtıdır”.

Seçilən
75
50
aznews.az

10Mənbələr