AZ

Cennifer Lopes ilk dəfə Ben Afflekdən boşanması ilə bağlı xəbərlərə reaksiya verdi

Məşhur müğənni Cennifer Lopes aktyor Ben Afflekdən boşanması ilə bağlı yayılan xəbərlərə ilk dəfə reaksiya verib.
Lopes "Atlas" filminin Mexikoda baş tutan premyerasına qatılıb. Tədbirdə müxbirlərdən biri müğənnidən Ben Afflekdən ayrılması ilə bağlı xəbərlərə münasibət bildirməsini istəyib. Bu zaman söhbətə onun filmdə həmkarı olan Simu Lyu qarışıb və bunun müzakirə mövzusu olmadığını bildirib. Bundan sonra Cennifer Lopes jurnalistə qısa cavab verib.
"Siz daha yaxşı bilirsiniz", - deyə müğənni qeyd edib.
Xatırladaq ki, keçən həftə insayderlərdən biri Lopes və Afflekin münasibətlərində ciddi problemlər olduğunu yazıb. İddialara görə, aktyor bu yaxınlarda təxminən 60 milyon dollar dəyərində olan evindən köçüb.
"Onlar böyük ehtimalla, iki ildir axtardıqları xəyallarındakı evi satmalı olacaqlar. Onlar heç vaxt bir-birilərini sevməkdən vaz keçməyəcəklər, lakin Cennifer onu idarə edə bilmir, Ben isə Cenniferi dəyişdirə bilmir. Bunun davam etməsi qeyri-mümkündür", - deyə insayder bildirib.
Eyni zamanda, mayın 19-da Cennifer Lopes və Ben Afflek ictimaiyyət arasında birlikdə görüntüləniblər. Onlar teatrdan çıxaraq avtomobillərinə doğru gediblər və maşında güldükləri, şən olduqları diqqət çəkib.
Mənbə: "Daily Mail"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
oxu.az

10Mənbələr