AZ

ABB-nin marketinq direktoru təyin edilib

Dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) yeni marketinq direktoru məlum oldu.

Banker.az xəbər verir ki, bu vəzifəyə Vəfa Səfərli-Abdullazadə təyin edilib.

O, 2023-cü ilin avqustundan bu departamentin direktor müavini, həmin ilin dekabrından isə departamentin direktor vəzifəsinin müvəqqəti icraedicisi təyin edilmişdi.

2023-cü ilin dekabrına qədər bu departamentin direktoru Zara İbrahimzadə idi. Z.İbrahimzadə ABB-dəki vəzifəsindən ayrılandan sonra “PAŞA Bank” ASC-də müvafiq vəzifəyə təyin edilib.

Vəfa Səfərli-Abdullazadə bundan öncə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə nümayəndiliyində, ADA Univeristetində, “Port of Baku”da çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
50
banker.az

10Mənbələr