AZ

İmaməli Rəhman Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda dövlət səfərində olan Tacikistan Prezidenti İmaməli Rəhman mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

Axar.az xəbər verir ki, Prezident İmaməli Rəhman Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
49
axar.az

10Mənbələr