AZ

ABB-nin xətti ilə agent bank kimi “Muğanbank”ın müştərilərinə 76 mln. manat kompensasiya ödənilib

ABB (Azərbaycan Beynəlxalq Bankı) ötən il ərzində agent bank kimi lisenziyası ləğv edilmiş “Muğanbank” ASC-nin əmanətləri olan fiziki şəxslərə 75.93 milyon manat kompensasiyanı ödəmiş olub.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, 27 noyabr 2023-cü il tarixində “Muğanbank” ASC-nin lisenziyası ləğv edildikdən sonra bu bankda əmanətləri olan fiziki şəxslərin tələblərini təmin etmək üçün ABB agent bank kimi təyin edilmişdir. “Muğan Bank”ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu idi.

Nəticədə, ABB “Muğanbank” ASC-nin müştərilərinə qaytarmış məbləğdən 26.31 mln manatı ADIF-dən götürülmüş, qalan 49.61 mln AZN isə ADIF-dən debitor borcu kimi tanınıb.

ADIF açıqlamışdı ki, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2 983 nəfərə 100.95 manat kompensasiya ödənişi həyata keçirilib.

Bu isə ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.

Kompensasiya ödənişləri agent banklar – ABB və “Kapital Bank” ASC idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
50
banker.az

10Mənbələr