AZ

Türkiyə Kubokunda final həyəcanı

Bu gün Türkiyə Kubokunda qalibin adına aydınlıq gətiriləcək.
Oxu.Az xəbər verir ki, 34 il sonra finalda ilk dəfə üz-üzə gələn "Beşiktaş" və "Trabzonspor" kubok uğrunda gərgin mübarizə aparacaqlar. Sonuncu dəfə 1989/90 mövsümünün finalında qarşılaşan komandaların görüşü "Beşiktaş" klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Rəqiblər indiyədək Türkiyə Kubokunda cəmi dörd dəfə qarşılaşıblar. Bunlardan ikisi "Trabzonspor"un, ikisi isə "Beşiktaş"ın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında keçiriləcək Türkiyə Kubokunun final görüşü Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
23 May
"Trabzonspor" – "Beşiktaş"
Stadion: "Atatürk Olimpiyat" (İstanbul)
Baş hakim: Ali Şansalan
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
oxu.az

10Mənbələr