AZ

Ərdoğan Sərvərə mükafat verdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən azərbaycanlı Sərvər Bəşirliyə mükafatını təqdim edib. SİA xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” sosial şəbəkə hesabında paylaşıb.

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, – paylaşımda qeyd olunub.

Seçilən
78
34
sia.az

10Mənbələr