AZ

SiyasətQərbi Azərbaycan Xronikası: Şəmşəddində ruslara qarşı etirazların səbəbi - VIDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin uydurma yollarla sahib çıxmağa çalışdığı Şəmşəddin rayonu haqqında süjet hazırlanıb.

"Şəmşəddin niyə Berd adlandlırılıb?" adlı süjetdə tarixi saxtalaşdıran və özlərinə aid olmayanı mənimsəyən ermənilərin Cənubi Qafqazla bağlı xüsusi işğalçılıq planı həyata keçirmələrindən, məhz Çar Rusiyasının havadarlığı ilə icra olunan plan əsasında bu bölgədə Azərbaycan torpaqları üzərində süni Ermənistan dövləti qurulmalarından bəhs olunub.

Bildirilib ki, Qərbi Azərbaycanın Şəmşəddil mahalı ərazisində yerləşən rayon ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Mərkəzi Tovuzqala kəndi kimi tanınıb. Bu toponim şəmşəddinli türk etnonimi əsasında əmələ gəlib. Şəmşəddinli etnoniminin qızılbaşların zülqədar tayfasına aid olduğu göstərilir.

Qeyd olunub ki, I Pyotrun Cənubi Qafqazla bağlı işğalçılıq planına uyğun olaraq Rusiya imperiyası 1801-ci ildə əsrlər boyu yalnız türklərin yaşadığı tarixi Azərbaycan ərazisi olan Qazax, Borçalı və Şəmşəddin sultanlıqlarını ilhaq edib. 1828-1840-cı illərdə rus komendantları tərəfindən idarə edilən Şəmşəddin ərazisi 1844-cü ildə Gəncə qəzasının tərkibində Gürcüstan-İmeretiya quberniyasına tabe olub və Rusiyanın ixtiyarında qalıb. Bu ərazilərə Türkiyə və İrandan gəlmə ermənilər yerləşdiriliblər.

Diqqətə çatdırılıb ki, Şəmşəddin inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1946-cı ildə kənd ermənicə Berd adlandırılıb. Burada yaşayan oğuz türkləri zaman-zaman sıxışdırılıb çıxarılaraq bu ərazi tamamilə erməniləşdirilib.

Nəhayət, 1995-ci ildə mərkəzi İcevan şəhəri olan Tavuş mərzliyi yaradılıb. Azərbaycan və Gürcüstanla sərhəddə yerləşən mərzliyə Şəmşəddin, yəni Berd, Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan rayonları və Dilican şəhərinin əraziləri daxil edilib.

Sonda vurğulanıb ki, yaddaşlarda qədim oğuz yurdu kimi qalan Şəmşəddin rayonu da adı dəyişdirilərək izi itirilən qədim türk yurdu siyahısına daxildir:

"Ancaq gec və ya tez qiymətli təbii sərvətləri, münbit aran və dağətəyi torpaqları, yaşıl meşələri, soyuq bulaqları və çayları olan bu məkan öz doğma adlarına və sahiblərinə qovuşacaq".

Süjetdə Şəmşəddində ruslara qarşı etirazların səbəblərindən də bəhs olunub.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
6
far.az

10Mənbələr