AZ

Rusiya Ukraynanın itkilərini açıqladı -819-cu gün

Rusiya müharibənin 819-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 601 təyyarəsi, 274 helikopteri, 24 498 PUA-sı, 523 zenit-raket kompleksi, 16 121 tank və digər zirehli texnikası, 1 307 reaktiv yaylım atəş sistemi, 9 740 artilleriya və minaatanı, 21 915 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
163
49
ikisahil.az

10Mənbələr