AZ

"Şamaxı" Azərbaycan Birinci Liqasının qalibi oldu

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, sonuncu - XXVII turun oyunları çərçivəsində doğma meydanda "Araz Saatlı"nı (3:1) məğlub edən "Şamaxı" I Liqanın çempionu olub.
Səfərdə "Mingəçevir"lə bərabərə qalan (2:2) "Qaradağ Lökbatan" isə mövsümü ikinci pillədə başa vurub.
Qeydə alınan nəticələrin ardından turnir cədvəlində "Şamaxı" 57 xalla lider, "Qaradağ Lökbatan" isə 54 xalla ikinci olub.
Seçilən
197
50
oxu.az

10Mənbələr